Bakı, 11 noyabr, AZƏRTAC Dubayda cəmi üç gün ərzində dünyanın ən böyük akvaparklarından birini ziyarət etmək, planetin ən iri akvariumlarından biri ilə tanış olmaq, dünyanın onlarla xalqının milli mətbəxinə məxsus təamları dadmaq, əmirliyin ən uzun çimərliklərindən birində Ərəbistan dənizinin sularına qərq olmaq və bütün bunları bir adanın hüdudlarından kənara çıxmadan həyata keçirmək mümkündürmü? Məlum oldu ki, mümkündür! Bunun üçün Atlantis, The Palm kurortunun qonağı olmaq kifayətdir. Palm Jumeirah süni adasında yerləşən bu kurort dünya rekordları ilə zəngindir və çoxdan Dubayın müstəqil turizm məkanlarından birinə çevrilib. Buraya sadəcə ekskursiya üçün gəlmək və ya bir neçə günlük istirahət üçün yerləşmək olar. Biz ikinci variantı seçdik və təəssüratlarımızı sizinlə bölüşməyə tələsirik! 1-ci gün. Sürücüsüz qatar, 10 metrlik akvarium və Britaniya sayağı mal əti Palm Jumeirah adası Yaxın Şərqdə ilk olan The Palm Monorail monorels dəmir yolundan baxdıqda tamamilə fərqli və gözlənilməz rakursdan açılır. Marşrut materik tərəfdən adaya girişdə yerləşən “Palm Gateway” stansiyasından başlayır və süni arxipelaqın villaları, çimərlikləri və yaşıllıqları üzərindən keçir. Sürücüsüz qatarla səyahət əsl panoramik gəzintiyə çevrilir. Marşrutun son hissəsində estakada açıq dənizə yaxınlaşır və qarşınızda tədricən Atlantis, The Palm kompleksinin nəhəng silueti ucalır. Sonuncu “Aquaventure World” stansiyası akvaparkın yaxınlığında yerləşdiyindən monorels xüsusilə onun ziyarətçiləri üçün əlverişlidir. Kurortun qonaqları isə, bir qayda olaraq, avtomobil və ya taksi ilə gəlirlər. Zərurət yarandıqda otel transfer xidməti də təşkil edir.Kompleksin təmtəraqlı foyesində qonaqları dəniz mövzusunda hazırlanmış, 3000 unikal əl işi elementdən ibarət nəhəng şüşə kompozisiya qarşılayır. Əgər klub tipli yerləşmə paketini seçsəniz, İmperial Club lounge-da ayrıca qeydiyyat masasının xidmətindən yararlana bilərsiniz. Menecer sənədlərinizi hazırlayanadək siz rahat kresloda əyləşib xoş gəldin içkinizi içir və qarşıda sizi gözləyən yenilikləri səbirsizliklə gözləyirsiniz.Sonrakı günlərdə isə lounge-a hər gün giriş imkanı istirahətin ritmini tamamilə dəyişir. Burada dincəlmək, bir fincan qəhvə içmək və ya mini qəlyanaltılarla desertlərlə dolu çoxmərtəbəli sinilərdə təqdim olunan günortadan sonrakı çay süfrəsindən zövq almaq mümkündür.Qastronomik kəşflərə bir qədər sonra qayıdacağıq. Hələlik isə kompleksin əsas cazibə mərkəzinə — su altında qalmış Atlantidanın xarabalıqları üslubunda dizayn edilmiş “Lost World” akvariumuna üz tuturuq. Təsəvvür edin: yarıqaranlıq labirintlərdə gəzirsiniz, nəhəng panoramik şüşələrin arxasında isə qədim amforalar və yox olmuş sivilizasiyanın qalıqları arasında nəhəng skat balıqları süzür, köpəkbalıqları və okean balıqlarının sürüləri sakitcə hərəkət edir. Bu mənzərə insanı sözün əsl mənasında hipnoz edir və zaman hissini unutdurur.Yenilənmiş “Lost World Aquarium” sadəcə akvarium deyil, sualtı aləmə aparan möhtəşəm multimedia səyahətidir. LED panelləri, proyeksiya sistemləri, həcmli səs effektləri və interaktiv elementlərlə təchiz edilmiş 14 tematik zal tam immersiya effekti yaradır. Hər bir neçə saatdan bir “Lost World Aquarium” məkanı möhtəşəm işıq şousuna çevrilir: divarlarda mərcan rifləri canlanır, balıq sürüləri hərəkət edir, itirilmiş Atlantidanın mifoloji personajları peyda olur. Bu fantastik atmosferi sualtı dekorasiyalar arasında nağıl qəhrəmanlarının canlandığı su pəriləri şousu daha da tamamlayır.Ümumilikdə, akvariumda 65 000 dəniz canlısı yaşayır. Ən təsiredici məkan isə 11 milyon litr su tutumuna və 10 metr dərinliyə malik mərkəzi The Ambassador Lagoon hövzəsidir. Kurortun açıq ərazilərində gəzərkən bu nəhəng akvariumu sərbəst şəkildə seyr etmək mümkündür.Arzu edənlər burada təlimatçı ilə dalğıclıq dərsləri ala, şnorkellə üzməyi sınaya və ya Aquatrek xüsusi dəbilqələri ilə sualtı gəzintiyə çıxa bilərlər. Sualtı nömrələrin və dəniz məhsulları restoranı Ossiano-nun pəncərələri də məhz bu akvariuma açılır.Yeri gəlmişkən, yemək məsələsinə də toxunaq. Kurortun ərazisində, Michelin ulduzlu restoranlar da daxil olmaqla, ümumilikdə 34 qastronomik məkan fəaliyyət göstərir.İlk naharımızı “Wavehouse” restoranında etdik. Bura özünü ailəvi əyləncə mərkəzi ilə restoranın vəhdəti kimi təqdim edir. Atmosfer son dərəcə sərbəst və rahatdır. Ərazidə müxtəlif oyun avtomatları, həmçinin boulinq zonası yerləşir.Məkanın ən məşhur təamı Britaniya mətbəxinə məxsus fish and chips-dir. Bizə danışdılar ki, bu yeməyin bənzərsiz dadının sirri fritür yağının temperaturunun dəqiq tənzimlənməsindədir: xəmir qatı dərhal xırtıldayan qabıq əmələ gətirir, balıq isə daxilində şirəli və zərif qalır. Yeməyin yanında yüngül toyuq sendviçi və müəllif resepti ilə hazırlanmış bir neçə meyvə kokteyli də sifariş etdik.Axşam isə qastronomik səviyyə daha da yüksəldi. Bizi britaniyalı məşhur aşpaz Qordon Ramzinin “Bread Street Kitchen” restoranında şam yeməyi gözləyirdi. Bu məkan, ilk növbədə, özünün imza yeməyi olan “Beef Wellington” (Vellinqton sayağı mal əti) ilə məşhurdur.Hər tərəfi qızardılmış mal əti filesi nazik göbələk paşteti qatı və xırtıldayan qat-qat xəmirlə örtülür. Bu qeyri-adi dad harmoniyası məşhur aşpazın şöhrətini tamamilə doğruldur. 2-ci gün. Qastronomik teatr, rekordçu çimərlik və ispan çurrosları Səhərimiz “Saffron” restoranında başladı. Bura sadəcə səhər yeməyi məkanı deyil, onlarla açıq mətbəxin fəaliyyət göstərdiyi əsl qastronomik teatrdır. Seçim insanı heyrətləndirir: klassik blinçiklərdən tutmuş Asiya dim-samlarına və Hindistan karilərinə qədər. “Saffron” restoranında “şved masası” anlayışı tamamilə yeni səviyyəyə yüksəlib. Yerli menyuda 220-dən çox təam təqdim olunur. Bu zəngin çeşid bir il ərzində hər gün tamamilə fərqli yeməklər dadmağa və heç bir sifarişi təkrarlamamağa imkan verər!Artıq kurortun sahil xətti ilə tanış olmağın vaxtı idi. Burada Dubayın uzunluğu 2 kilometrdən çox olan ən böyük özəl çimərliklərindən biri yerləşir. Arzu edənlər Ərəbistan körfəzinin ilıq sularına qərq ola bilərlər. Dənizə giriş tədricən dərinləşir, buna görə də həm dayaz suda əylənməyi sevənlər, həm də uzun məsafəyə üzməyi xoşlayanlar razı qalacaqlar. Bundan əlavə, kompleksin dörd hovuzundan birində də dincəlmək mümkündür.Açıq havada yerləşən ən böyük hovuzlardan biri — Palm Pool-un yaxınlığında çimərliyə mənzərəsi olan “The Shore” restoranı fəaliyyət göstərir. Meksika mətbəxi həmin an üçün əla seçim oldu: ətli doyumlu burrito, cızıldayan tavada təqdim olunan acılı krevetli fajitas və əlbəttə ki, şirin final — şokolad sousu ilə ənənəvi ispan çurrosları. Yeri gəlmişkən, çurroslar azərbaycan mətbəxinin bamiya şirniyyatına çox bənzəyir: hər ikisi eyni qabırğalı, ulduzvari formaya və xırtıldayan qabığa malikdir.Bəziləri üçün isə bütün səyahətin ən yaddaqalan qastronomik hadisəsi Seafire Steakhouse restoranında şam yeməyi ola bilər. Bura yüksək keyfiyyətli ət həvəskarlarının sevimli məkanıdır. Restoran xüsusilə Avstraliya mənşəli mərmər mal ətindən hazırlanan Wagyu Imperial Blossom adlı imza steyki ilə məşhurdur. Bu, yalnız Atlantis-də təqdim olunan eksklüziv ət seleksiyasıdır. Ətin teksturası inanılmaz dərəcədə zərifdir — sözün əsl mənasında ağızda əriyir və arxasında incə qoz notları ilə zəngin, uzunmüddətli dad buraxır. 3-cü gün. “Aquaventure World”də dünya rekordları günü Üçüncü günümüz “Kaleidoscope” restoranında daha sakit, klassik səhər yeməyi ilə başladı. Burada Aralıq dənizi ab-havası hökm sürür. Menyuda təzə bişmiş un məmulatlarına, fermer pendirlərinə və ideal hazırlanmış Benedikt yumurtalarına xüsusi yer ayrılıb.Səhər yeməyindən sonra “Aquaventure World” akvaparkını fəth etməyə yollandıq. 2021-ci ilin martında aparılan yenidənqurmadan sonra akvaparkın ərazisi üçdəbir qədər genişlənərək onu dünyanın ən böyük akvaparklarından birinə çevirib. Park o qədər genişdir ki, müxtəlif zonalar və qüllələr arasında hərəkət etmək üçün ən rahat vasitə xüsusi elektrikli avtomobillərdir.Yeni Trident qülləsinin, laqunanın və Splashers körfəzinin istifadəyə verilməsi ilə “Aquaventure”də müxtəlif su sürüşkənlərinin və attraksionların ümumi sayı 105-ə çatıb. Ən güclü təəssürat yaradan attraksionlardan biri Leap of Faith (İnam sıçrayışı) qülləsidir. Burada sanki doqquz mərtəbəli binanın hündürlüyündən, demək olar ki, şaquli şəkildə aşağı düşür, daha sonra isə köpəkbalıqlarının üzdüyü hovuzun içərisində yerləşən şəffaf borudan sürətlə keçirsiniz. Əsl adrenalin!Kəskin hissləri sevənlər dünyanın ən hündür, ikiqat dalğalı su sürüşkəni olan “Odyssey of Terror” attraksionunu da sınaqdan keçirə bilərlər. Attraksionların siyahısı həqiqətən heyrətamizdir. Dünyanın uzunluğuna görə rekord qıran ailəvi su sürüşkəni “Shockwave”də komanda yarışı təşkil edə və ya regionda ilk olan “Medusa's Lair” (PIPEline BLAST) trasında sürət duelinə çıxa bilərsiniz.“The Tower of Poseidon” qülləsində isə dünyanın ən böyük su sürüşkəni, dünyada ilk ikiqat su sürüşkəni və BƏƏ-də yeganə ikiqat yarış döngələri yerləşir.Maraqlıdır ki, “Aquaventure”in rekordçu statusu yalnız mühəndislik nailiyyətləri ilə məhdudlaşmır. 2024-cü il dekabrın 7-də burada “Guinness World Records” üzrə daha bir rekord qeydə alınıb: bir saat ərzində eyni su sürüşkənindən 90 müxtəlif millətin nümayəndələri istifadə ediblər. Bu, müasir Dubay kurort məkanının nə dərəcədə beynəlmiləl xarakter aldığını əyani şəkildə nümayiş etdirən maraqlı göstəricidir.Yüngül qəlyanaltı üçün akvaparkın ərazisində yerləşən Snappers məntəqəsinə baş çəkmək olar. Burgerlər, kartof fri və sərinləşdirici içkilər yeni macəralara davam etmək üçün enerjinizi tez bir zamanda bərpa etməyə kömək edəcək.Bizim üçün günün ən maraqlı kəşflərindən biri isə delfinlərin iştirakı ilə keçirilən maarifləndirici proqramlar oldu. Bu proqramlar Dolphin Bay-də (Delfinlər laqunası) gündə bir neçə dəfə təşkil olunur və akvaparkın qonaqları üçün tamamilə ödənişsizdir! Delfinlər təbii bacarıqlarını, yüksək sürətlərini və möhtəşəm sıçrayışlarını birbaşa gözləriniz önündə nümayiş etdirirlər. Mütəxəssislər isə bu məməlilərin biologiyası və onlara göstərilən qayğı haqqında maraqlı məlumatlar verirlər. Son söz əvəzi Atlantis, The Palm kurortunda üç gün bir göz qırpımında keçir. Kurort elə təşkil olunub ki, buradan heç çıxmadan da istirahətinizi dolğun və maraqlı keçirə bilərsiniz: şəhərin ən yaxşı əyləncələri və dünya səviyyəli restoranları bir məkanda cəmləşib. Bu nəhəng dünya bəzən yeni təəssüratlarla sizi heyrətləndirir, bəzən isə məhz ehtiyac duyduğunuz anda qayğı və sakitliklə əhatə edir. İctimai təsəvvürdə bu kurort Dubayın sərhəd tanımayan dəbdəbəsinin və möhtəşəmliyinin simvoludur. Lakin burada olduqdan sonra beton və şüşədən ibarət təmtəraqlı fasadın arxasında tam müstəqillik prinsipi ilə qurulmuş heyrətamiz bir ekosistemin gizləndiyini anlayırsınız. Burada keçirəcəyiniz vaxtı planlaşdırarkən hər detalı əvvəlcədən düşünmək lazım gəlir. Çünki Atlantis, The Palm-da imkanlar boş vaxtınızdan qat-qat çoxdur!
Bu gün
1512 xəbər bu gün
Türkiyə millisinin futbol komandası UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda beşinci tur çərçivəsində noyabrın 12-də İzmir şəhərində Belçika ilə qarşılaşacaq. Gürsel Aksel stadionunda keçiriləcək görüş Bakı…
Bakıda 30 yaşlı kişi dəm qazından boğulub. Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Noyabrın 10-u saat 03 radələrində Quba rayon sakini 1996-cı il təvəllüdlü Rahim Mahir oğlu Yüzbaşıyev kirayədə yaşadığı…
“Hazırda regionlarda kadr islahatları gedir, təbii ki, şişirdilmiş rəqəmlərin olması mövcuddur”. Bunu deputat Siyavuş Novruzov parlamentin komitələrinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il…
ABŞ-ın sabiq prezidenti Co Bayden İrlandiyada universitetdə iştirak etdiyi tədbir zamanı Fələstin tərəfdarlarının etirazına məruz qalıb. Bayden oğlu Hanter Baydenin mükafat aldığı Dublin Triniti Kollecində keçirilən…
Dövlətin möhkəm hüquqi və institusional əsaslar üzərində qurulması, milli maraqların etibarlı şəkildə qorunması, cəmiyyətin sabitliyi və davamlı inkişafı, ilk növbədə, mükəmməl hüquqi sistemin mövcudluğunu şərtləndirir…
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Modern.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə…
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev şəhid ailələri, müharibə əlilləri və ehtiyatda olan hərbçilərin mənzil növbəsindəki sayı, eləcə də onların mənzillə təmin olunma müddətləri barədə hökumətin dəqiq məlumat…
Azərbaycanda xəstəxana və poliklinikalarda aparılan kadr ixtisarları zamanı peşəkar və savadlı həkimlər də işdən çıxarılır. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ixtisarlar zamanı işçilərin…
Noyabrın 8-də futzal üzrə dünya çempionatının əsas mərhələsində növbəti oyununu keçirən yığmamız Bakı İdman Sarayında Latviyaya uduzdu (1:5). Halbuki noyabrın 5-də Lənkəranda Çexiya ilə heç-heçə edən (2:2) yığmadan…
19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır. Gənclər bu gün Serbiyanın Belqrad şəhərində keçirilən B Liqasının 1-ci qrupunda Monteneqro ilə qarşılaşacaq. 2-ci…
Azərbaycanda noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir…
Məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının uçot sisteminə dəyişiklik edilir. Bundan sonra kəndlinin istehsal etdiyi hər litr süd və hər yumurta uçota alınacaq. İctimai TV mövzu ilə bağlı süjet hazırlayıb. Qeyd…
“2027-ci ilin dövlət büdcəsinin müzakirəsi qarşıda duran bu strateji vəzifələrin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”. Bunu Ombudsman Səbinə…
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı…
"Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək".
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzotero İtaliyanın tanınmış klublarının diqqətini çəkib.
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
ABŞ-nin Texas ştatı, Dallas şəhərində minik avtomobilinin 30 metr yüksəklikdəki yol ötürücüsündən aşması nəticəsində baş verən ölümcül yol qəzası barədə ətraflı məlumat.
"Azərbaycanda hibrid iş modelinin tətbiqi ilə bağlı dəyişikliklər nəzərdən keçirilə bilər".
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat…
Çində səhiyyə sahəsində süni intellekt texnologiyalarından istifadə sürətlə genişlənir. Ölkədə aparılan sorğunun nəticələrinə əsasən, həkimlərin 93 faizi artıq süni intellekt alətlərindən yararlanır. Bu barədə “Reuters”…
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı…
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı…
“Ermənistanda həbs edilən Azərbaycan əsgəri keçmiş prezident Robert Köçəryanla qonşu kamerada saxlanılır”. Bu barədə parlamentdəki müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan...
“Cari ilin 5-6 dekabr tarixlərində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan metodist və tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsinin keçirilməsi…
Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,...
Azərbaycan samboçusu Tuncay Şamil Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyüklər arasında sambo üzrə 50-ci yubiley dünya çempionatında uğurlu çıxış edib. Redaktor.az xəbər verir ki, 98 kq çəki dərəcəsində...
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı…
Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Report-a istinadən, hadisə rayonun Deqədi kəndində baş verib.Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində…
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə…
Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən…
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı…
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı…
"Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev ölkənin sabiq prezidenti Robert Koçaryanla qonşu kamerada saxlanılır". Ermənistan mətbuatına istinadən, bunu "Ermənistan" müxalifət fraksiyasının rəhbəri Anna…
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı borclarının ödənilməsi üçün yazıçılara verdiyi son müddət başa çatıb. Oxu.az-a istinadla, birlik katibliyinin qərarına əsasən, əvvəlki illər üzrə yaranmış borclarını və…
Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub. Şamaxı şəhər sakini ruhi xəstə 1976-cı il təvəllüdlü Pakizə Gülaməddin qızı Piriyeva həyətindəki su çəninə düşüb…
Rusiyada ənənəvi mənəvi-əxlaqi dəyərlərin gözdən salınmasına görə cərimələrin tətbiqi təklif olunur. Noyabrın 9-da Dövlət Dumasının Cinayət və inzibati qanunvericilik Komitəsi müvafiq qanun layihəsini birinci oxunuşa…