Bakı, 11 noyabr, AZƏRTACAzərbaycanın beynəlxalq dərəcəli hakimi Kəmalə Əsgərova kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin oyununa təyinat alıb.Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, Xorvatiyanın “Ribola” və Avstriyanın “Holdinq” komandaları arasında keçiriləcək qarşılaşmada birinci hakim olacaq. Kəmalə Əsgərovaya bolqarıstanlı Boyan Zelev kömək edəcək.Qarşılaşma bu gün Xorvatiyada təşkil olunacaq.