"Memati"i göz yaşları içində atasını son mənzilə yola saldı

"Kurtlar vadisi"nin "Memati"si Gürkan Uyqun atası Bahattin Uyqunu son məznilə yola salıb.

86 yaşlı Bahattin Uyqunun cənazəsində digər oğlu Volkan Uyqun və ailə üzvləri də iştirak ediblər.

Bahattin Uyqunun cənazəsi Çamlıtepe məhəlləsindəki Kemal Sadi Şirin məscidinə gətirilib.

Gürkan və Volkan Uygunun atalarının başsağlığını orada qəbul ediblər.

Bahattin Uyqun Körfez Asri qəbiristanlığında dəfn edilib.