Bolqarıstanda paytaxt Sofiyanı Burqas şəhəri ilə birləşdirən Trakiya avtomobil yolunda iki ayrı zəncirvari qəza baş verib.
Bu barədə "Haber Global"a istinadla xəbər verilir.
Səlahiyyətli şəxslər qəzalarda təxminən 70 avtomobilin iştirak etdiyini, 11 nəfərin həyatını itirdiyini, 48 nəfərin isə yaralandığını bildiriblər.
Bölgədə sürücüləri təhlükə barədə məlumatlandırmaq üçün “BG-ALERT” təcili xəbərdarlıq sistemi də işə salınıb.