Qubada ölümlə nəticələnən qəzanın təfərrüatları məlum olub.

Hadisə Quba-Tüləkəran avtomobil yolunun Gültəpə kəndi ərazisinin keçən hissəsində qeydə alınıb.

31 yaşlı Əlirzayev Nurəli Vidadi oğlunun idarə etdiyi “VAZ 21214” (Lada Niva) markalı avtomobillə idarəetməni itirib yol kənarında olan ağaca dəyib. Nəticədə sərnişin, 23 yaşlı Ədilov Fəqan Habil oğlu xəstəxanaya aparılarkən yolda öüb. Sürücü və mərhumun qardaşı, 21 yaşlı Nuray Ədilov isə xəsarətlər alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

***

10 noyabr, saat: 08:51

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-ya istinadən, hadisə noyabrın 10-da saat 01:10 radələrində rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

“Lada Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Qəza nəticəsində sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.