Vəzifəli şəxs qəfil vəfat etdi - Foto

Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev vəfat edib.

Oxu.az-a istinadla, o, qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Cahangir Alıyev əvvəllər uzun müddət Bərdədə çalışıb. Sonra isə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyib.