EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu sabit saxlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu sabit saxlayıb.

Bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın noyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 550 min barel olub.

Bu ilin dördüncü rübündə neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Oktyabrda həmin rüb üçün verilən proqnoz eyni olub.

Bu ilin birinci rübü üçün ölkədə neft hasilatı ilə bağlı açıqlanan proqnoz 560 min barel, ikinci və üçüncü rüb üçün açıqlanan proqnoz isə 550 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü rübdə neft hasilatı sutkada 580 min barel, dördüncü rübdə 590 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.