"Priti Zinta mənə yazdı ki, xeyir ola, bunu belə demisən?"

Aktrisa Oksana Rəsulova "Qapqara" layihəsində qonaq olub.

Aktrisa Hindistanda başına gələn maraqlı hadisələrdən danışıb.

Hindistanlı aktrisa Priti Zintanın onu Oksanaya bənzətmələri səbəbindən münasibətlərinin bir müddət yaxşı olmadığını açıqlayıb:

"Tədbirlərdən birində birdən gördüm ki, kimsə qaça-qaça mənə tərəf gəlir. Məni qucaqladı, öpdü. Ətrafa baxıram ki, görəsən, kimdir? Məlum oldu ki, bu, Şah Rux Xanın həyat yoldaşı Qauri Xandır. Mənə dedi ki, "Priti, necə arıqlamısan?" Çox çaşmışdım. Dedim ki, yox, mən Priti Zinta deyiləm.

Bundan sonra məni araşdırmağa başladı. Sonra qəzetlər yazmağa başladı. Hətta qırmızı xalçada şəklimi çəkib onun şəkli ilə yanaşı yerləşdirmişdilər.

Daha sonra Priti Zinta mənə mesaj göndərdi. Əslində, mən müsahibə zamanı sadəcə demişdim ki, insanlar məni ona çox bənzədirlər. Mən də bildirmişdim ki, Priti Zintaya böyük hörmətim var, amma uşaqlığımdan bu günə qədər ən sevdiyim aktrisa Madhuri Dikşitdir.

Görünür, bu sözlər onun xoşuna gəlməmişdi. Mənə xəbər göndərmişdi ki, "Xeyir ola, sən bunu belə demisən?". Amma indi, şükür Allaha, hər şey yaxşıdır. Uşağı olandan sonra düzəlib". (Axşam.az)