Oman sahillərində tanker hücuma məruz qalıb.
Bu barədə UKMTO məlumat yayıb.
Bildirilib ki, hadisə Omanın Lima şəhərindən 19 dəniz mili şimal-şərqdə baş verib.
Ekipaj üzvlərinin xəsarət alması və ya ətraf mühitə ziyan dəyməsi barədə heç bir məlumat verilməyib.
Tankerin adı və qeydiyyat limanı dəqiqləşdirilməyib.