Bərdədə evdən 40 yaşlı kişinin meyiti tapılıb

Bərdə. Trend:

Bərdə rayonunda 40 yaşlı kişinin meyiti aşkarlanıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.