Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Fransanın "Sen-Deni" klubunun 22 yaşlı müdafiəçisi Vanis Onsor məşq zamanı ürəktutmasından keçinib.

Klubun mətbuat xidmətinə istinadən, hazırlıq prosesi zamanı futbolçunun səhhəti qəfil pisləşib.

Komanda yoldaşları ona ilk yardım göstərməyə çalışsalar da, idmançının həyatını xilas etmək mümkün olmayıb. Faciədən sonra "Sen-Deni" "Sen-Pyerruaz"a qarşı keçiriləcək matçı təxirə salıb.

Qeyd edək ki, V.Onsor 2026-cı ilin yanvarında "Sen-Deni"yə keçib.