“Nizami” metrosunun ətrafını su basdı – Video

Bakıda yağan güclü yağış şəhər infrastrukturunda növbəti problemlərə səbəb olub.

Bizim.media-ya istinadən, “Nizami” metrostansiyasının ətrafında yağış sularının kanalizasiya sistemi tərəfindən lazımi qaydada ötürülməməsi nəticəsində küçələri su basıb.

Yollarda suyun toplanması piyadaların və sürücülərin hərəkətində çətinlik yaradıb.