Aeroport yolunda ağır qəza olub, yaralanan var - VİDEO

Bakıda yol qəzası olub.

Hadisə aeroport yolunda, Bakı Olimpiya Stadionunun qarşısında baş verib.

"Mercedes" markalı yük avtomobili ilə "VAZ-21099" markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri ağır xəsarət alıb.

Həmçinin minik maşını da yararsız hala düşüb.