Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 88-ci ildönümünü, Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanda anmaq üçün bir araya gəlmişik. Atatürk böyük lider, böyük dövlət xadimi, böyük sərkərdə, islahatçı, cümhuriyyətçi, xalqçı və sülhsevər insan olub. O, türk cəmiyyətinin milli dəyərlərinə bağlı qalmaqla yanaşı, eyni zamanda elmə və sənətə açıq bir cəmiyyətə çevrilməsini hədəfləyib. Onu, silahdaşlarını və bütün şəhidlərimizi rəhmətlə anıram. Qazilərimizə minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Naxçıvandakı Baş konsulu Ali Sevim deyib.
Naxçıvanda fəaliyyətə yeni başlayan diplomat ilk təəssüratlarını bölüşərkən burada özünü, sözün əsl mənasında, evindəki kimi hiss etdiyini bildirib, şəhərin gözəlliyinin, ənənəvi memarlığının, parklarının, yol hərəkətinin nizamlılığının və ümumi intizamın onda xoş təəssürat yaratdığını vurğulayıb. Buradakı fəaliyyətinin uğurlu və xoş keçəcəyinə ümidvar olduğunu deyən konsul Zəngəzur dəhlizinin açılmasının onun fəaliyyəti dövrünə təsadüf edəcəcəyinə də inandığını bildirib.