İngiltərədə yaşayan 56 yaşlı Devid Körtisin həyat yoldaşından gizlətdiyi ikinci evliliyi məhkəməlik olub.
Xarici KİV-ə istinadən, müqavilələr üzrə menecer işləyən Körtis 2025-ci ilin aprelində 16 illik həyat yoldaşı Kirsti ilə ailəvi şam yeməyindən sonra işə gedəcəyini deyərək evdən çıxıb.
Günlər keçsə də, geri qayıtmayan kişi bir müddət sonra Kirstiyə mesaj yazaraq evliliklərinə fasilə vermək istədiyini və psixoloji baxımdan çətin dövr keçirdiyini bildirib. O, dünya səyahətinə çıxacağını, daha sonra evə qayıdacağını desə də, sonradan həyat yoldaşını bütün əlaqə vasitələrində bloklayıb.
Lakin onun yolu İngiltərəyə deyil, Taylanda düşüb. Körtisin burada əyləncə məkanlarından birində tanış olduğu 35 yaşlı Kvanta Satipjanla münasibət qurduğu məlum olub. İngiltərədəki ilk nikahı hüquqi baxımdan hələ də qüvvədə olmasına baxmayaraq, Körtis 2025-ci ilin noyabrında həmin qadınla evlənib.
İkinci evliliyini ailəsindən gizlətməyə çalışan Körtis yaxınlarına “Facebook” vasitəsilə toy dəvətnamələri göndərib. Yeni həyat yoldaşının da nikahları və İngiltərədə keçirməyi planlaşdırdıqları bal ayı ilə bağlı paylaşımlar etməsi nəticəsində hadisə üzə çıxıb.
Ərinin pasportunun da evdə olmadığını aşkar edən Kirsti baş verənlərdən sonra boşanma iddiası qaldırıb. Lakin ərinin harada olduğunu və əslində nə etdiyini öyrənməsi hadisənin daha fərqli məcraya yönəlməsinə səbəb olub.
Məlum olub ki, Taylandda kişi başqa qadınla ailə qurub. Onun bu hərəkəti uzun illər davam edən evliliyinin məhkəmə müstəvisinə çıxmasına səbəb olub.