Almaniyada bir avroluq dönər kampaniyası iğtişaşla nəticələndi - Video

Almaniyanın Dortmund şəhərində yeni dönərxananın açılışı münasibətilə təşkil edilən kampaniya iğtişaşlara və polislə toqquşmalara səbəb olub. Dönərin bir avroya (təxminən 1.90 manat) satılacağı elan edildikdən sonra obyektin qarşısına, əsasən yeniyetmələrdən ibarət təxminən 300 nəfər toplaşıb.