“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə

Xəbər verdiyimiz kimi, “Nvidia” şirkətinin baş direktoru Jensen Huanq həyat yoldaşına xəyanət etdiyini etiraf edib. 63 yaşlı milyarder işçilərinə göndərdiyi mesajda həyat yoldaşı Lori Huanqdan və övladlarından üzr istəyərək məsuliyyəti tam üzərinə götürdüyünü bildirib.

Publika.az bildirir ki, bu açıqlama 1985-ci ildən evli olan cütlüyün mümkün boşanması və milyardlarla dollarlıq sərvətin bölünməsi məsələsini gündəmə gətirib.

“Forbes”in 8 noyabr 2026-cı il tarixinə olan qiymətləndirməsinə görə, Huanqın sərvəti 162,2 milyard dollardır. Cütlük boşanacağı təqdirdə, Huanqın sərvətinin yarısının həyat yoldaşına çatacağı ehtimal olunur. Bu baş verərsə, Lori Huanq 81,1 milyard dollar əldə edə və bu boşanma dünya tarixinin ən bahalı ayrılıqlarından biri kimi qeydə alına bilər.

Lakin cütlüyün boşanma prosesinə başladığına dair rəsmi məlumat yoxdur.