Merz: Almaniya şəhərlərinin küçələrində yenidən antisemitizm müşahidə olunur

Almaniya Kansleri Fridrix Merz antisemitizmin təkcə ölkəsində deyil, Avropada və dünyanın müxtəlif bölgələrində geniş yayıldığını bildirib.

Bu barədə “Stern” jurnalı məlumat yayıb.

Merz 1938-ci ildə yəhudilərə qarşı törədilmiş kütləvi zorakılıq hadisələrinin ildönümü münasibətilə Münhendə sinaqoqda çıxış edib.

“Biz antisemitizmi küçələrdə – öz şəhərlərimizdə, avropalı qonşularımızın şəhərlərində və bütün dünyada, parlamentlərdə, təşkilatlarda və məktəblərdə görür və eşidirik”, – kansler vurğulayıb.

O, antisemitizmin müasir cəmiyyətdə hələ də ciddi problem olaraq qaldığına diqqət çəkib.