Müğənni Nərmin Kərimbəyova Zəfər Gününə həsr olunan yeni musiqi layihəsini təqdim edib.
Sənətçi bu dəfə türk dünyasının sevilən xalq mahnılarından olan “Atabarı”nı özünəməxsus tərzdə ifa edib.
Mahnı yeni aranjimanda dinləyicilərə təqdim olunub. Layihə çərçivəsində ifaçı xüsusi fotosessiya da etdirib.
Qeyd edək ki, anonim xalq mahnısı olan “Atabarı” qısa müddətdə dinləyicilərin marağına səbəb olub. Mahnının Azərbaycan dilində miks və masterinqi Oruc Məmmədova məxsusdur.