HƏMAS tərəfdarları ilə hökumət qura bilməzsiniz

HƏMAS tərəfdarları ilə hökumət qura bilməzsiniz. Əgər hökumət daxilində radikal islam tərəfdarlarından asılısınızsa, o zaman İran və onun proksi qüvvələri ilə mübarizə apara bilməzsiniz.

Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Qarşımızda duran böyük çağırışlarla üzləşmək üçün qüvvələrimizi birləşdirməliyik. Biz bunu müzakirə edəcəyik və Allahın köməyi ilə zəruri olanı – birlik hökumətini quracağıq”, - Netanyahu bildirib.

Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoqun hökumət qurmaq üçün ilk imkanı müxalifət lideri Qadi Ayzenkota verəcəyi barədə məlumat yayılmışdı.