Paytaxtın Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür.