Əbu-Dabi danışıqlarında əsas mövzu təhlükəsizlik olacaq - Lavrov

Rusiya ABŞ dövlət katibi Marko Rubionun Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlarda əsas prioritetin tərəflərin təhlükəsizliyinin təmin edilməsi olacağına dair açıqlamasını alqışlayır.

TASS-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

O qeyd edib ki, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyində ilk növbədə, Rusiyanın, Ukraynanın və bütövlükdə regionun təhlükəsizliyi məsələləri yer alır.

“Mən Marko Rubionun Ukrayna münaqişəsi ətrafındakı vəziyyətlə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlarda təhlükəsizlik məsələlərinin əsas əhəmiyyət kəsb edəcəyi barədə bəyanatlarını eşitmişəm. Üstəlik, Əbu-Dabidəki danışıqların gündəliyində ilk məsələ kimi Rusiyanın, Ukraynanın və bütövlükdə bu regionun təhlükəsizliyi nəzərdə tutulub. Biz bu yanaşmanı yalnız alqışlayırıq”, – deyə Lavrov vurğulayıb.