Azərbaycanın 8 Noyabr - Zəfər Günü bayramı münasibətilə Türkiyənin paytaxtı Ankarada məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılır.
İstanbulun əsas simvollarından və rəmzlərindən biri olan 15 İyul - Şəhidlər körpüsü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Qardaş ölkədə şanlı Zəfər Gününün sevinci bu cür əlamətdar tədbirlərlə qeyd olunub.