Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.
Konsert zamanı diqqətçəkən məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdük biz bu yollarda" mahnısının səsləndirilməsi olub.
Bununla bağlı görüntüləri türkiyəli jurnalist və aparıcı Fulya Öztürk sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, bəstəkarı Selçuk Tekay olan bu məşhur əsəri ifaçı Səbinə Ərəbli təqdim edib.