ABŞ Prezidenti Donald Tramp Amerikanın İranla genişmiqyaslı hərbi əməliyyatları bərpa etməsinin gözlənilmədiyini bildirib. O, bu barədə CNN telekanalına müsahibəsində İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.“Buna zərurət yaranacağını çox az ehtimal edirəm”, – o bildirib.ABŞ lideri əlavə edib ki, bu, İranın çox ciddi saziş imzalayıb-imzalamayacağından asılı olacaq.Tramp, həmçinin zərurət yaranacağı təqdirdə İrana güclü zərbələr endiriləcəyini vurğulayıb:“Zərurət yaranarsa, onlara çox güclü zərbələr endirəcəyik. Onlara nə dərəcədə güclü zərbə endirəcəyimi heç təsəvvür belə edə bilməzsiniz”.