Bakı, 8 noyabr, AZƏRTAC Vətən müharibəsində qazanılan böyük Zəfər Azərbaycan xalqının qürur və qəhrəmanlıq tarixinin mühüm səhifəsidir. 8 Noyabr yalnız Azərbaycan Silahlı Qüvvələrinin yüksək uğurunun və qəhrəmanlığının təsdiqi deyil, həm də Türk dünyası üçün milli iradənin, həmrəyliyin və tarixi qələbənin təcəssümüdür.Bunu AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri, professor Akkan Suver söyləyib. "Bu böyük bayram günü Türk dünyası üçün mühüm bir mərhələdir. Bu Zəfər Azərbaycan əsgərinin yazdığı böyük bir dastandır.Tarix Azərbaycanın haqlı davasını 8 Noyabr günü əsgərinin süngüsünün uğuru, millətinin əzmi kimi qeydə aldı. Bu tarixi qeyd gələcək nəsillərə Azərbaycanın yüksək qəhrəmanlığının və vətənpərvərliyinin misilsiz nümunəsi kimi ötürüldü”, – deyə Akkan Suver bildirib.O diqqətə çatdırıb ki, 8 Noyabr Zəfərinin böyük məna daşıyan digər bir əhəmiyyəti də Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi yüksək jestdir. "Qarabağın azad edildiyi gün əslində noyabrın 10-dur. Lakin həmin gün Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının ildönümünə və milli matəm gününə təsadüf etdiyindən, Azərbaycan Prezidenti İlham Əliyev tarixi həssaslıq nümayiş etdirərək Zəfər Gününü 8 Noyabr olaraq müəyyənləşdirdi.Var olsun Türkiyə-Azərbaycan qardaşlığı!Yaşasın azərbaycanlı qardaşlarımızın Böyük Zəfər Günü”, – deyə Akkan Suver vurğulayıb.
Akkan Suver: 8 Noyabr Türk dünyası üçün böyük Zəfər və qürur günüdür
Mənbə: azertag.az/xeber/akkan_suver_8_noyabr_turk_dunyasi_uchun_boyuk_zefer_ve_qurur_gunudur-4501731