Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
Elm və Təhsil Nazirliyinə istinadən, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır.
Təhsil infrastrukturunun inkişafı doğma yurda qayıdan ailələr üçün əlçatan təhsil imkanlarının yaradılmasına xidmət edir.