“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam təmsilçisinin heyətində 100-cü premyer-liqa matçına çıxıb.
PFL-in saytına istinadla, onun yubileyi “Turan Tovuz”la ev oyununa təsadüf edib. Misli premyer-liqasının 11-ci turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.
O, “Qarabağ”da 2016/17 mövsümündə debüt edib. Şahrudin 11 mövsümdə 54 qol buraxıb.
Məhəmədəliyev turnirin tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.