Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə intensiv xarakterlidir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 16:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Goranboyda arabir yağış, Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Sarıbaşda (Qax) isə qar yağır.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 24 m/s-dək güclənir.