Ərdoğan: Azərbaycanın öz torpaqlarını azad etməsi Cənubi Qafqazda yeni bir dönəm yaradıb

Azərbaycanın 44 günlük Vətən mübaribəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dönəmin qapısını açıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Bu gün önümüzdə duran vəzifə meydanlarda qazanılan zəfəri qalacı sülhlə taclandırmaqdır. Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi bölgəmizdə qalıcı sülhün təsis olmasına yönəlmiş səylərini də dəsyəkləyirik. Qarabağda bərpa edilən hər bir tarixi miras Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. Bu yolda təcrübəmizi paylaşmağa davam edəcəyik".