İspaniyada təlimlərdə hərbçi ölüb

İspaniyanın Araqon muxtar vilayətində keçirilən təlimlər zamanı bir hərbçi həlak olub.

TASS-ın verdiyi xəbərə görə, bu barədə İspaniya Quru Qoşunları X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, “San-Qreqorio” təlim mərkəzində keçirilən təlim tədbiri zamanı baş verən bədbəxt hadisə nəticəsində əsgər həyatını itirib.

Ölkənin Müdafiə Nazirliyi də hadisə ilə bağlı başsağlığı verib. Hərbçinin hansı şəraitdə həyatını itirdiyi açıqlanmır.