Xabi Alonso "Barsa"dan onu istəyir

“Çelsi”nin baş məşqçisi Xabi Alonso heyəti gücləndirməyə ümid edir.

Londonlular “Barselona”da etimadı itirən Jul Kunde üçün bu qış təklif verə bilərlər.

“El Nacional”ın verdiyi məlumata görə, Alonso Kundenin münasib qiymətə cəlbedici bir transfer olacağına inanır. “Barselona”nın baş məşqçisi Hans-Dieter Flik isə öz növbəsində Kundenin getməsinə qarşı çıxmayacaq.

“Çelsi” Kunde üçün 50 milyon avroya qədər təklif etməyə hazırdır. Bu o deməkdir ki, “Barselona” danışıqlar zamanı xərclərini geri ala bilər – katalonlar 2022-ci ilin yayında Kunde üçün “Sevilya”ya məhz 50 milyon ödəyib.