Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlandı

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib.

Bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərinin hərəkət cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Qeyd olunub ki, zərurət yarandığı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.