Xankəndi şəhərində yaradılacaq Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yerləşəcək. Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa təbrikində muzeyin yaradılması ilə bağlı son tamamlama işlərinin aparıldığını bildirib.
Əliyev təbrik müraciətini Xankəndidə Zəfər tağının önündən edib. O, Bakıda Zəfər tağının yanında da Zəfər Muzeyinin fəaliyyət göstərdiyini və muzeydə şəhidlərin adlarının həkk olunduğunu deyib.
Prezident keçmiş icra hakimiyyətinin binasını Azərbaycanın əleyhinə təcavüz və işğal siyasətinin mərkəzi adlandırıb.