Messi MLS tarixində ilkə imza atdı

ABŞ-nin Major Futbol Liqasında (MLS) müntəzəm mövsüm başa çatıb.

Sonuncu turda “İnter Mayami” səfərdə “Şarlott”la qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

Lionel Messi mövsümü 26 qolla bombardirlər yarışının lideri kimi başa vurub. O, 22 qol vuran “Dallas”ın futbolçusu Petar Musanı qabaqlayıb.

Beləliklə, argentinalı ulduz MLS tarixində ardıcıl iki mövsüm “Qızıl buts” mükafatını qazanan ilk futbolçu olub. Messi ötən mövsüm də 35 qolla bombardir adını qazanmışdı.

Qeyd edək ki, “İnter Mayami” Şərq Konfransında ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb. Komanda ilk mərhələdə “Kolumbus Kryu” ilə qarşılaşacaq.