Zəfər Günü Abşeron rayonunda qeyd edildi

Abşeron rayonunda Zəfər Günü böyük coşqu ilə qeyd olunub.

Rayon sakinləri 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbəni qeyd etmək üçün Xırdalan şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına toplaşıblar.

Qələbənin altıncı ildönümündə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova, Rizvan Nəbiyev, Zaur Şükürov və Ramid Namazov, regional idarələrin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar vətənimizə və dövlətimizə əmanət qalan şəhid övladları ilə birlikdə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələri qoyaraq xatirəsi ehtiramla yad ediblər.

Sonra şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri qoyularaq şəhidlərimizin xatirələri anılıb.

Daha sonra Zəfər Günü ilə əlaqədar Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli konsert proqramı təşkil olunub.

Konsert proqramı zamanı 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və uzaqgörən siyasəti ilə şanlı ordumuzun düşmən üzərində qələbə qazanaraq 30 illik vətən həsrətinə son qoyulduğu vurğulanıb. “Dəmir yumruq” ətrafında birləşən xalqımızın birliyi və yenilməz ordumuzun şücaəti, döyüş əzmi, şəhid və qazilərimizin misilsiz qəhərmanlığı ilə düşmən Kapiltulyasiya Aktına imza atmağa məcbur olduğu nqeyd edilib.

Konsertin sonunda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.