Bu gün Azərbaycanda Zəfər günü qeyd olunur

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur.

Bu gün həm də Şuşanın azad edildiyi gündür.

Şuşa şəhəri 2020-ci il noyabrın 8-də azad edilib və bu gün Azərbaycanda Zəfər günü kimi qeyd olunur.

Zəfər günün ölkənin bir çox şəhər və rayonlarında hərbi yürüşlərlə qeyd olunur.

İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət edib.
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət edib.

Prezident İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət edib.

O, bayram müraciətində müharibədə həlak olan hərbçilərin xatirəsini yad edib və qələbəni Azərbaycan Ordusunun, şəhidlərin və xalqın birliyinin nəticəsi kimi qiymətləndirib.

Əliyev deyib ki, uzun illər aparılan ordu quruculuğu və hərbi hazırlıq qələbədə mühüm rol oynayıb.

Prezident həmçinin qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri davam edir və hazırda 97 minə yaxın insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır.

O, "Böyük Qayıdış" proqramının icrasının davam etdiyini vurğulayıb.

Azərbaycan 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlara başlayaraq, bir çox ərazilərini azad edib.

2023-cü ilin sentyabrında Azərbaycan ordusu Qarabağda "antiterror tədbirləri" keçirib.

Sentyabrın 19-da keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində separatçı Dağlıq Qarabağ Respublikası təslim olaraq özünün ləğvini bəyan etmişdi.

Bundan sonra azərbaycanlı hərbçilər Xankəndi şəhərinə daxil olaraq şəhərə Azərbaycan bayrağını sancmışdı.

Bununla, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyini bildirib.

"Antiterror tədbirləri" nəticəsində Qarabağı 100 mindən çox erməni tərk edib, Ermənistan hökuməti həmin vaxt açıqlayıb.

Rəsmi Yerevan ermənilərin köçünü "etnik təmizləmə" adlandırsa da, Bakı bu ittihamları qəbul etmir.

Rəsmi Bakı Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını təklif edib və onların təhlükəsizliyinin təmin ediləcəyini və onların bütün hüquqlardan istifadə edəcəklərini bildirib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibədə tərəflər ümumilikdə 7 mindən çox hərbçisini itirib. Hər iki tərəfdə mülki şəxslər də müharibənin qurbanı olub.

2026-cı ildə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh bəyannaməsi imzalanıb, sülh sazişi paraflanıb, amma hələ imzalanmayıb.

ABŞ Prezidenti Donald Trump-ın vasitəçiliyi ilə imzalanan sülh bəyannaməsindən sonra tərəflər arasında iqtisadi əlaqələr başlayıb, vətəndaş cəmiyyəti nümayəndələri arasında Bakı və Yerevanda görüşlər keçirilib.