Türkiyənin Milli Müdafiə Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!
6 il əvvəl Qarabağda böyük bir zəfər qazanan Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq", - paylaşımda bildirilib.
X paylaşımıx.com/i/status/2119344834389610936