Rusiya ordusu Vasilkovoyeni işğal etdi

Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətində Vasilkovoye yaşayış məntəqəsini ələ keçirdiklərini açıqlayıb.

Bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.

Açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı cəbhə xəttində irəliləyiş əldə etdiyi qeyd olunub.

“Şərq hərbi qruplaşmasına daxil olan bölmələr Zaporojye vilayətindəki Vasilkovoye yaşayış məntəqəsini ələ keçirib”, – deyə məlumatda vurğulanıb.