Bakı, 9 noyabr, AZƏRTAC Paytaxtın Xəzər rayonu, Mərdəkan şosesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür.