Bu gün saat 09:30 radələrində paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”ya istinadla, Böyükşor gölünün üzərindən keçən yolun giriş hissəsində - paytaxtın mərkəzinə doğru olan istiqamətdə “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Tofaş” tamamilə yararsız hala düşüb, digər avtomobilə də xeyli zərər dəyib.
Hadisə zamanı xəsarət alanların olub-olmamasına dair məlumat yoxdur.