Səudiyyə Ərəbistanı Ər-Riyada atılan iki raketi məhv edib

Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyad istiqamətində atılan iki raketi zərərsizləşdirib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri tərəfindən buraxılan iki raketi havada vuraraq məhv edib.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.