ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini UFC rəhbəri Dana Uayta təklif etdiyini yazıb.
Bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində
Siyasətçi UFC rəhbərindən köməkçilərini də özü ilə gətirməsini xahiş etdiyini bildirib. Onların bəzilərinin ABŞ vətəndaşı olmadığını qeyd edən Tramp bu şəxslər arasında rusiyalı döyüşçü İslam Maxaçevin və UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovun adlarını çəkib.
Bundan başqa, dövlət başçısı amerikalı döyüşçü Castin Qeyci, UFC-nin sabiq çempionu Daniel Kormye, braziliyalı döyüşçü Amanda Nunyes və UFC çempionu Kayla Harrisonu da qeyd edib.
“Bizi ağıllarını itirmiş solçulardan qorumaq üçün bu insanlara ehtiyacımız var”, - deyə dövlət başçısı bildirib.
Paylaşımının sonunda Tramp Dana Uaytı bu vəzifəni qəbul etməyə çağırıb.
Oktyabrın 9-da Ağ Evin sonuncu mətbuat katibi Keti Zaxariya yeni işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb. O, ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar vəzifəsini tərk edən Kerolayn Levitti əvəz etmişdi. Zaxariya Ağ Evin mətbuat katibi vəzifəsini cəmi beş gün icra edib.