ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın açıqlamasında bildirilir ki, CENTCOM qüvvələri noyabrın 7-də Oman körfəzində ticarət gəmisini zərərsizləşdirib.

“Gəminin mülki heyəti dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb və İranın dəniz blokadasını bir neçə dəfə pozmağa cəhd edib”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, zərbə gəminin arxa hissəsinə yüksək dəqiqlikli sursatlardan istifadə edilməklə endirilib.