Türkiyədə TIR mikroavtobusla toqquşdu: 7 nəfər öldü

Türkiyənin Van-Özalp avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. TIR-la mikroavtobusun toqquşması nəticəsində 7 nəfər həyatını itirib, daha 7 nəfər yaralanıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Qəza yerinə məlumat daxil olduqdan sonra təcili tibbi yardım, polis, jandarma, Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), Milli Tibbi Xilasetmə Qrupunun və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunublar.