İranlı rəsmidən ABŞ-a sərt açıqlama: “Vens məğlubiyyəti qəbul etdi”

İranın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Möhsün Rzai ABŞ rəhbərliyini tənqid edib.

İran mətbuatına istinadla, o ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla qarşıdurmada məğlub olduqlarını qəbul etdiyini bildirib.

Rzai ABŞ-ın dövlət katibi Marko Rubionun da vəzifəsindən ayrılmaq üzrə olduğunu iddia edib.

İranlı rəsmiyə görə, ABŞ-ın İrana qarşı siyasəti Vaşinqton üçün ciddi siyasi nəticələr doğurub.

Qeyd edək ki, Rubionun vəzifədən ayrılacağı ilə bağlı məlumat İran tərəfinin iddiasıdır və hələ təsdiqlənməyib.