Polşanın Krakov şəhərində atışma

Polşanın Krakov şəhərinin mərkəzi meydanında baş verən atışmada iki nəfər ölüb, on nəfər yaralanıb.

Hadisə bu gün axşam saatlarında baş verib. Naməlum şəxs avtomobillə şəhərin əsas bazar meydanı istiqamətində hərəkət edərkən yoldan keçən insanlara atəş açıb.

Polşanın Baş naziri Donald Tusk hadisəyə münasibət bildirib: "Daxili işlər naziri faciəvi atışmadan sonra Krakovdakı vəziyyət barədə məni məlumatlandırır. Polis hücumun bütün hallarını araşdırır".