Britaniya səfiri: Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir

Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman "X" sosial şəbəkəsindəki səhifəsində paylaşımda deyib.

"Dəmir yolları, nəqliyyat infrastrukturu və Orta Dəhliz Britaniya-Azərbaycan əməkdaşlığı üçün yeni imkanlar yaradır. Bu imkanları reallaşdırmaq üçün birgə çalışmağı səbirsizliklə gözləyirəm!", - deyə səfir əlavə edib.

X paylaşımıNaxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir. Dəmir yolları, nəqliyyat infrastrukturu və Orta Dəhliz 🇬🇧-🇦🇿 əməkdaşlığı üçün yeni imkanlar yaradır. Bu imkanları reallaşdırmaq üçün birgə çalışmağı səbirsizliklə gözləyirəm! 🤝 https://t.co/GgelXrE3R3x.com/DNormanFCDO/status/2119088860105957662