Berlin, 7 noyabr, AZƏRTAC Bu gün Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində 20-ci Azərbaycan-Alman Tibb Günləri işə başlayıb.AZƏRTAC xəbr verir ki, 8 Noyabr - Zəfər Gününə və Azərbaycan ilə Almaniya arasında tibb sahəsində çağdaş əməkdaşlığın 20-ci ildönümünə həsr olunan beynəlxalq konfransda Azərbaycanda və Almaniyada fəaliyyət göstərən 200-dək tibb işçisi iştirak edib.Tədbirin açılış mərasimində konfransın həmsədrləri professor Qurbanxan Müslümov və professor Ramazan Cabbarlı, Milli Məclisin deputatı və səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova çıxış ediblər.Açılış çıxışlarından sonra 20-ci Azərbaycan-Alman Tibb Günləri işini panel iclasları ilə davam etdirib. Plenar iclasları “Müasir texnologiyalar, süni intellekt, robotika və klinik innovasiyalar”, “Azərbaycan-Almaniya əməkdaşlığı, təhsil və tibbi xidmətin reallıqları”, “Sağlam uzunömürlülük və interdisiplinar mövzular” mövzularına həsr olunub. Konfrans çərçivəsində klinik tibbdə süni intellekt, tibbi tədqiqat və təhsildə süni intellekt, Azərbaycan-Almaniya əməkdaşlığı, tibbi etika və Azərbaycan-Almaniya dialoqu mövzularında panel müzakirələri də aparılıb. Konfransda Azərbaycan ilə Almaniya arasında tibb sahəsində əməkdaşlığın inkişafında fəallığı ilə seçilən şəxslərə diplom və sertifikatlar təqdim olunub.Bu konfrans tibbin müxtəlif sahələrində ən son yeniliklərlə tanışlıqla yanaşı, beynəlxalq təcrübə qazanmaq və Almaniyanın aparıcı mütəxəssisləri ilə birbaşa elmi və kliniki əlaqələr qurmaq imkanı da təqdim edib. Belə ki, tədbir çərçivəsində 10 tibbi ixtisas üzrə Almaniyanın yüksəkixtisaslı klinikalarında birhəftəlik kurslarda iştirak, elmi məruzə ilə çıxış etmək və panel diskussiyalara qatılmaq, habelə Almaniyanın aparıcı klinika və universitetlərindən olan azərbaycanlı və alman mütəxəssislərlə şəxsi və peşəkar əlaqələr qurmaq, birgə elmi və kliniki tədqiqat layihələrində iştirak etmək imkanı yaradılıb.Konqres noyabrın 8-də Şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş tədbirlə davam edəcək. Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin
Bu gün
218 xəbər bu gün
Врач-терапевт Надежда Чернышова в эксклюзивном интервью aif.ru рассказала о том, кто находится в группе риска по сахарному диабету, и как можно повлиять на снижение вероятности развития заболевания, передает Day.Az.
Mütəxəssislər bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibinə görə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirirlər. Xüsusilə yağlı bifteklər (antrikot və ribeye), quzu əti, donuz qabırğası və…
Polşa Ukraynadakı münaqişə başa çatdıqdan və Rusiya siyasətini dəyişdikdən sonra Moskva ilə münasibətləri bərpa edə bilər.
Noyabrın 8-nə keçən gecə Yaponiyanın qərbində, Sidzzuoka prefekturası yaxınlığında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə…
Berlin, 8 noyabr, AZƏRTACBerlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin keçirilməsi çox vacib və uzun müddətdir arzuladığımız bir tədbirdir. Bu konfransa Azərbaycandan gəlmiş 50-yə yaxın həkim qatılıb. Konfransda müasir…
ABŞ Prezidenti Donald Tramp UFC təşkilatının rəhbəri Dana Uaytı Ağ Evin mətbuat katibi, MMA döyüşçüləri İslam Maxaçev və Həbib Nurməhəmmədovu isə mətbuat katibinin köməkçiləri təyin etməyi təklif edib.
İspaniyanın "Real Madrid" futbol klubu 2022-ci ildən bəri ilk dəfə bütün turnirlərdə ardıcıl səkkizinci qələbəsini qazanıb. Sonuncu qələbəsini portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərlik etdiyi komanda "La…
Berlin, 8 noyabr, AZƏRTACBerlində Azərbaycan-Alman Tibb Günləri konfransının keçirilməsi əlamətdar hadisədir. Əlbəttə ki, bu konfrans Almaniyada təhsil alan, həkimlik fəaliyyəti göstərən və burada çalışan tibb…
Niderlandın "Transavia" aviaşirkəti Portuqaliyanın Funşal şəhərinə uçan təyyarələrindəki 7C sərnişin oturacağını dövriyyədən çıxarmaq qərarına gəlib. Şirkət bu addımı ilə portuqaliyalı futbolçu Kriştianu Ronaldunun…
Noyabrın 8-nə keçən gecə Yaponiyanın qərbində yerləşən Şizuoka prefekturası yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib. Yeraltı…
Fransada 2027-ci il prezident seçkilərində namizəd Jan-Lük Melanşon qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxaracağını bildirib. O, Parisin Le Burje şəhərinin ətrafında keçirilən mitinqdə seçki platformasını təqdim…
UFC-nin rəhbəri Dana Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq təklifini qəbul etməyib. CNN telekanalına istinadən, bu barədə məlumatlı mənbələr bildiriblər. Telekanala danışan ABŞ…
İspaniya La Liqasının XII turunda “Real Madrid” səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib. “Mestalya” stadionunda keçirilən qarşılaşmada qonaqlar ilk hissədə iki qol vurublar…
Yaponiyanın məşhur “Qodzilla” franşizasının yeni filmi ABŞ kinoteatrlarında böyük maraqla qarşılanıb. Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, “Godzilla Minus Zero” filmi nümayişinin ilk günündə 14,7 milyon…
При покупке кабеля для зарядки не стоит обращать внимание только на поддерживаемую мощность. Об этом сообщает издание How-To Geek, передает Day.Az со ссылкой на Lenta.ru. По словам специалистов, провод для зарядки…
Polşa polisi Krakov şəhərində atışma törədən şəxsin evində daha üç nəfərin meyitini aşkarlayıb
2027-ci il prezident seçkilərində solçu “Tabe olmayan Fransa” partiyasından namizəd olan Jan-Lük Melanşon qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxarmaq niyyətində olduğunu açıqlayıb
Bu gün telefonları, qulaqlıqları və digər elektron cihazları bir-birinə bağlayan Bluetooth texnologiyasının adı heç də təsadüfi seçilməyib. Simsiz rabitə texnologiyası adını X əsrdə yaşamış Danimarka kralı Harald…
Mexiko, 7 noyabr, AZƏRTAC Mexikoda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyan…
Fransa Prezidenti Emmanuel Makronun Paris yaxınlığında gizli bunkeri var. Etirazçıların Yelisey Sarayını ələ keçirməsi təhlükəsi yaranacağı təqdirdə prezidentin həmin bunkərə təxliyə oluna biləcəyi iddia edilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala meydanında xalqımızın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı təntənəli konsert proqramı təşkil edilib. Zəfər sevinci…
Beynəlxalq həkimlər qrupu müəyyən edib ki, davamlı və nəzarət altına alınmayan yüksək qan təzyiqinin müalicəsi üçün nəzərdə tutulan yeni preparat – bakdrostata uzun müddət qəbul edilməsi könüllülərin 25%-də dərman…
Bakı, 8 noyabr, AZƏRTAC ABŞ ordusu Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.Komandanlığın açıqlamasında deyilir: "CENTCOM…
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın qabaqcıl silah sistemlərini və digər materialları həm quru, həm də Xəzər dənizi vasitəsilə daşımasının qarşısını almaq məqsədilə xüsusi işçi qrupu yaradıb.
Hakim Humberto Otazu təxminən 3 milyon müştərinin hesablarının dondurulmasına səbəb olan Ueno Bankının iflası işi üzrə ittiham olunan Paraqvayın keçmiş prezidenti Santyaqo Penanın…
Günəşdə ikinci M sinifli partlayış qeydə alınıb. Noyabrın 7-də Bakı vaxtı ilə saat 21:17-də 4566 nömrəli Günəş ləkələri qrupunda (S07E10) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.4…
Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə…
Suriya qoşunlarının Yəmənə göndərilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Balı, 8 noyabr, AXƏRTAC Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində tanınmış rəssam-modelyer, dizayner, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət…
Yaponiyanın əfsanəvi futbolçusu Kazuyoshi Miura 59 yaşında meydana çıxaraq ölkə çempionatının tarixində yeni rekorda imza atıb. Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, “King Kazu” ləqəbi ilə tanınan…
İsrail prezidenti İsxak Hersoq Qadi Eyzenkota yeni hökuməti formalaşdırmaq tapşırığı verib. Modern.az xəbərə verir ki, bu barədə "Reuters" məlumat yayıb. İsrail Müdafiə Qüvvələrinin (IDF) keçmiş Baş Qərargah rəisi və…
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan paylaşım edib. Tribuna.az…
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Tribuna.az xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin…
Azərbaycan Vətən müharibəsində Zəfərinin 6 illiyini qeyd edir. Tribuna.az -ın məlumatına görə, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq…
ABŞ prezidenti Donald Tramp rusiyalı döyüşçülər İslam Mahaçev və Həbib Nurməhəmmədovu Ağ Evin mətbuat katibinin köməkçiləri vəzifəsinə təyin etməyi təklif edib