Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşdi

"Sərhədçi" komandası Peşəkar Çövkən Liqasının qalibi olub.

Sərhədçilər bu tur "Zəfər"i 1:0 hesabı ilə məğlub etməklə son oyunun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıblar.

Turun mərkəzi qarşılaşmasında "Elite" kollektivi "Polad"a 2:3 hesabı ilə məğlub olaraq çempionluq şansını itirib.

Çempionatın son turunda "Sərhədçi" ilə "Elite" üz-üzə gələcək. "Elite" qələbə qazana bilməsə, digər oyunda "Polad" "Şamaxı"nı məğlub edərsə halda "Polad" komandası gümüş medallara sahib çıxacaq.